...

TUSIAB-a üçüncü dəfə "Tekfen" şirkətinin prezidenti rəhbərlik edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 16:48 (UTC +04:00)

Keçən həftənin sonunda Bakıda türk sənayeçiləri və iş adamlarının beynəlxalq cəmiyyətinin (TUSIAB) ənəvi ümumi yığıncağı keçirilib.

TUSIAB-ın yaydığı press-relizə istinadən Trend bildirir ki, görüşdə 2006-cı il ərzində təşkilatın fəaliyyəti barədə hesabat təqdim edilib.

Tədbirdə növbəti il üçün 14 nəfərdən ibarət idarə heyəti, sədr və digər strukturların üzvləri seçilib.

"Tekfen Inshaat ve Tes.A.Sh" şirkətinin prezidenti Bataçar Baysal növbəti dəfə təşkilatın sədri seçilib. O, bu vəzifəni 11 və 12-ci dönəmlərdə icra edib.

TUSIAB 1994-cü ildən fəaliyyət göstərir və 250-yə yaxın türk şirkətini birləşdirir. Onların Azərbaycan iqtisadiyyatına qoyduğu investisiyaların həcmi 2,5 mlrd. manatı keçir. Bu şirkətlərdə 54 minə yaxın azərbaycanlı işləyir.

Xəbər lenti

Xəbər lenti