...

Milli Məclisin komissiya sədri: "Azərbaycan iqtisadiyyatı MDB məkanında analoqu olmayan sürətlə inkişaf edir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 20:22 (UTC +04:00)

"İqtisadiyyatımız 2006-cı ildə dinamik inkişaf edib və ötən illərdə iqtisadi inkişafda olan müsbət meyillər bu ildə də özünü qabarıq şəkildə göstərib."

Trend in məlumatına görə, ötən ilin iqtisidi nəticələrini şərh edən Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə belə deyib.

Onun fikrincə, fundamental cəhət ondan ibarətdir ki, 2006-cı ildə Azərbaycan iqtisadiyyatı MDB məkanında analoqu olmayan sürətlə inkişaf edib. "İqtisadiyyatımız inkişaf sürətinə görə dünyada lider olaraq qalıb. Belə artım Azərbaycan iqtisadiyyatının qüdrətlənməsini, milli və iqtisadi təhlükəsizliyini möhkəmləndirmək üçün əsaslı baza yaradır. İqtisadi artım yüksəldikcə ölkənin daha tarazlı inkişaf imkanları genişlənir", - deyə komissiya sədri qeyd edib.

Z.Səmədzadə bildirib ki, iqtisadi artımda neft amilinin özünəməxsus yeri var. və bu da təbiidir. Çünki hər bir ölkənin bu və ya digər mərhələdə inkişafını müəyyən edən amillər var: "Azərbaycan iqtisadiyyatında ən güclü amillərdən biri neftdir. Neft Azərbaycanda həmişə olub, ancaq ondan respublikamızın milli mənafelər baxımından səmərəli istifadə edə bilmirdi. 1993-cü ildə ümummili liderimiz Heydər Əliyev neft sərvətlərindən müstəqil Azərbaycanın maraqları naminə istifadə olunması üçün taleyüklü məsələlər həll edildi. İndii ölkəyə neft satışından külli miqdarda gəlirlər daxil olur. Bu amil isə Azərbaycan iqtisadiyyatının yenidən qurulması üçün böyük baza yaradır."

Xəbər lenti

Xəbər lenti