...

Millət vəkili Elmira Axundova: "Mərasimlər haqqında" qanuna ehtiyac var"

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Yanvar 2007 14:13 (UTC +04:00)

"Azərbaycanda "Mərasimlər haqqında" qanunun qəbul olunmasına ehtiyac var." Bu sözləri Trend ə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, millət vəkili Elmira Axundova bildirib.

E.Axundova qeyd edib ki, istər dini, istərsə də yas və toy mərasimlərini tənzimləmək günün tələbinə çevrilib.

"Kim bu mərasimləri neçə istəyir, o formada da həyata keçirir. Xususən də yas mərasimlərinin neçə təşkil olunması ilə bağlı qanunvericilik yaradılmalıdır. Qəbiristanlıqlardakı durum sivill normalara uyğun deyil. Dünyanın əksər ölkələrində toy və yas mərasimləri qanunvericiliklə tənzimlənir", - deyə o qeyd edib.

Millət vəkili deyib ki, əgər üzərində işlədiyi qanunları tezliklə yekunlaşdırsa, "Mərasimlər haqqında" qanun layihəsi hazırlayıb Milli Məclis təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti