...

Rusiya 2007-ci ildən Azərbaycanla gömrük rejiminə düzəliş edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 20:38 (UTC +04:00)

2007-ci ilin 1 yanvarından Rusiya Azərbaycan mallarının Rusiya bazarına ixracxına münasibətdə gömrük rejimini sərtləşdirib. Bu barədə Trend xəbər verir.

Bu məsələni Xəzər İnteqrasiya və İşgüzar klubunun (CIBC) iclasında şərh edən RF-nın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri Yuriy Şedrin qeyd edib ki, bu, "şimal-cənub" nəqliyyat dəhlizi üzrə daşınmaların inkişafına kömək etməyəcək, bu dəhlizin reallaşmasında isə Azərbaycan və Rusiya maraqlıdır.

Y. Şedrinin sözlərinə görə, 1994-cü ildə imzalanmış bir sıra malların ixrac, idxal əməliyyatlarında gömrük rüsumu və vergidən azad olması istisna olmaqla azad iqtisadi zonalar yaratmaq barədə hökümətlərarası saziş qüvvədədir.

2007-ci ildən gömrük rüsumunun 20 dollar artacağı qeyd olunur.

Y. Şedrin RF-nın gömrük qanunvericiliyindəki dəyişiklərlə maraqlanmağı və situasiyanı aydınlaşdırmağı öz öhdəsinə götürüb. Onun fikrincə, gömrük və vergi sahəsində müvafiq hüquqi baza yaratmaq vacibdir, yoxsa nəqliyyat dəhlizi ilə bütün layihələr uğursuzluğa tab gətirməyəcək.

Xəbər lenti

Xəbər lenti