...

Nazir: Azərbaycanda tibbi-sosial ekspert komissiyalarının fəaliyyətində mənfi faktlar aradan qaldırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 17:13 (UTC +04:00)

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2007-ci ildə əlillərin sosial reabilitasiyası üzrə tədbirləri davam etdirmək niyyətindədir. Bu barədə Trend xəbər verir. Əmək naziri Füzuli Ələkbərovun cümə günü verdiyi xəbərə görə, bu il əlillərin mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması üçün daha müasir standartlarla onlar üçün tikilmiş evlərin istismara verilməsi planlaşdırılır.

Onun fikrincə, hazırda əlillərin protez-ortopediya vasitələrinə olan tələbatı tamamilə təmin olunub, çünki bütün növbədə duranlar bu vasitələrlə təchiz olunub. 2006-cı ildə onlara həmçinin 1000 eşitmə aparatı, 600 əlil arabası verilib.

Uçotda dayanan əlillərin azalmasını nazir respublikada, o cümlədən səhiyyə sistemində həyata keçirilən islahatlarla izah edib. "Yüzlərlə tibb müəssisəsi təmir edilib, bu isə əhaliyə təcili yardım göstərməyə imkan yaradır və əlillərin sayının artmasının qarşısını alır. Nazirliyin tabeliyində həmçinin əlillər üçün reabilitasiya mərkəzləri var və 2007-ci ildə daha iki belə mərkəzin yaradılması nəzərdə tutulub", - deyə F.Ələkbərov qeyd edib.

Digər tərəfdən, tibbi-sosial ekspert komissiyalarında olan mənfi faktların aradan qaldırılması üzrə tədbirlər həyata keçirilir. Bütün bu işlər nəticəsində Azərbaycanda əlillərin sayının artması dinamikası iki dəfə azalıb. O, bu tendensiyanın bu il də davam edəcəyinə ümid edir.

Xəbər lenti

Xəbər lenti