...

Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yolu layihəsi üzrə razılaşma imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2007 12:37 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyəni bağlayacaq Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi barədə çərçivə razılaşması fevralın 7-də Tbilisidə imzalanacaq. Xarici KİV-lərə istinadən Trend xəbər verir ki, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.

Nazirlik bildirib ki, layihə realizə mərhələsindədir və Bakı-Tbidisi-Ceyhan (BTC) layihəsindən sonra növbədədir. Dəmir yolu sərnişin və yüklərin etibarlı daşınmasına imkan verəcək.

Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan razılaşmanın imzalanma mərasimində olacaq. Dəmir yolunun tikintisi iyunda başlaycaq və iki il ərzində sürəcək.

Xəbər lenti

Xəbər lenti