...

Azərbaycanda sərnişindaşımada yeni tariflər qüvvəyə minir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 15:51 (UTC +04:00)

Azərbaycanın Tarif Şurasının qərarı ilə 12 fevral 2007-ci il tarixindən şəhərlərarası, şəhərdaxili (rayonlararası), şəhərətrafı marşrutlar və qəsəbələrarası sərnişindaşımalarda qiymət qaldırılacaq. Bu hal taksi sərnişindaşımasında istisna olunur.

İqtisadi İnkişaf Nazirliyinin yaydığı press-relizə əsasən, Trend xəbər verir ki, şuranın iclası fevralın 2-də keçirilirb.

Müvafiq dövlət orqanlarının təkliflərinə əsasən, bərk və yumşaq oturacaqlı marşrutlarda şəhərlərarası gedişdə 1 km üçün maksimum qiymət müvafiq olaraq 1,5 -1,6 qəpik təşkil edəcək.

Kiçik şəhərlər və rayon mərkəzləri üçün şəhərdaxili, şəhərətrafı və rayonlararası sərnişindaşımada baza tarifində maksimum hədd 20 qəpik, şəhər ətrafına (rayon) daşınmada 1-15 km məsafə üçün 20 qəpik, 1-25 km üçün 25 qəpik, 1-30 km - 30 qəpik, 1-40 km- 40 qəpik, 1- 45 km - 50 qəpik, 1-50 km-70 qəpik, 50 km-dən artıq - 80 qəpik təşkil edəcək.

Tarif Şurasının qərarı ilə 12 fevral 2007-ci il tarixindən həmçinin Torpaq və Xəritəçəkmə üzrə Dövlət Komitəsinin xidmətlərinə rüsum da artırılıb.

Yeni tariflərə əsasən, sahə sahibi mülkiyyətinin yerləşdiyi yerdən asılı olaraq texniki ölçmənin aparılması və plan kadastrının hazırlanması üçün hazırda 7 yeni manatdan 25 manadatək ödəməli olacaq. Lakin sahibkarlıq fəaliyyəti üçün hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üçün ödəmə 9 manatdan 170 manatadək təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti