...

Azərbaycan Milli Bankının rəhbəri Doing Business hesabatında Azərbaycanın göstəricilərini yaxşılaşdırmaq üçün təkliflər təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 16:44 (UTC +04:00)

AMB-nın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov Doing Business hesabatları seriyalarının müəllifi Simeon Dyankovla görüşüb. AMB-nın yaydığı məlumata əsasən, Trend xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan hesabat ölkələrin göstəricilərini müqayisə etmək, qlobal təcrübəni öyrənməyə və islahatların üstünlüklərini müəyyən etməyə imkan verir.

Görüşdə Doing Business hesabatında yer almış Azərbaycan üzrə göstəricilər bazası, o cümlədən kredit alınması göstəriciləri və onun metodologiyası müzakirə olunub. Hesabatda kredit alınmasının reytinqi ölkə üzrə ümumi reytinqi 5 dəfə üstələyib. Müzakirələrin əsas mövzüsü hesabatda qiymətləndirilən 175 ölkə ilə müqayisədə Azərbaycanın reytinqini yaxşılaşdırmaq olub.

E. Mövsümov qonağa Azərbaycan üzrə göstəricilərin yaxşqılaşdırılması üçün təkliflər təqdim edib.

Xəbər lenti

Xəbər lenti