...

"Azərbaycan beynəlxalq bankı-Gürcüstan" fəaliyyət üçün lisenziya alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 18:06 (UTC +04:00)

Trend in Gürcüstan müxbiri xəbər verir ki, bu gün Gürcüstan Milli Bankında "Azərbaycan beynəlxalq bankı-Gürcüstan"ın fəaliyyəti üçün lisenziya verilməsi mərasimi keçirilib.

Mərasimdə Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze və AMB prezidenti Cahangir Hacıyev iştirak edib.

R.Qotsiridze bildirib ki, Gürcüstanda bank bumu müşahidə olunur və bu il bu sahəyə 500 mln. dollar investisiya yatırılacaq. Bu sahədə qonşu, dost və strateji tərəfdaşın olması çox əhəmiyyətlidir.

C.Hacıyev bildirib ki, bu gün tarixi gündür, Gürcüstanda Gürcüstan, Azərbaycan prezidentləri və Türkiyə baş naziri tərəfindən mühüm sazişlər imzalanacaq. O qeyd edib: "Bu həmiyyətli sənədlərə bizim fəaliyyətimizin başlanması barədə bu gün imzalayacağımız sənəd də daxildir".

Xəbər lenti

Xəbər lenti