...

İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Amerika komissiyasının II iclası Vaşinqtonda keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 15:43 (UTC +04:00)

Trend məlumat verir ki, bu gün Bakıda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Amerika hökumətlərarası komissiyasının I iclası öz işini başa vurub. Azərbaycan komissiyasının həmsədri maliyyə naziri Samir Şərifovun məlumatına əsasən komissiyanın II iclası 2008-ci ildə Vaşinqtonda keçiriləcək. Bununla yanaşı tərəflər əldə olunmuş razılıqlara əsasən fikir mübadiləsi aparmaq və bunun üçün kvartalda bir dəfə videkonfrans, telekörpülərin keçiriləmsi barədə razılaşıb.

"Hesab edirəm ki, bugünkü görüş Azərbaycan-Amerika münasibətlərinin ən vacib mərhələsi olub. Görüş çərçivəsində makroiqtisadi stabillik və inkişaf, ticarət əlaqələrinin genişləndirilməsi, Dünya Ticarət Təşkilatına qəbul, korrupsiyaya qarşı mübarizə, biznes iqliminin yaxşılaşdırılması, hava məkanının açılması, məhkəmə-hüquq islahatları barədə məsələlər müzakirə olunub", deyə S. Şərifov bildirib.

2006-cı ilin nəticələrinə əsasən, ölkələr arasında mal mübadiləsi 40% artaraq 280 milyon dollar təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş investisiya üzrə ABŞ xüsusi çəkisi ilə ən öncül mövqelərdən birini tutur.

Amerika komissiyasının həmsədri, dövlət katibinin müavini Daniel Salivan hesab edir ki, ticarətin inkişafı fəaliyyətimizin əsas istiqaməti olaraq qalmaqdadır. Həmçinin gələcəkdə kommersiya istiqamətlərində dialoq davam etdiriləcək. D. Salivan hesab edir ki, "Bir sahə əsaslı şəkildə digər sahələrə təsir edə bilər. Amerika şirkətlərinin Azərbaycanda biznes, sərmayə qoyuluşu ilə məşğul olmasına gəlincə, bu məsələdə əsas Azərbaycan hökumətinin hansı istiqamətdə korrupsiyaya qarşı mübarizə aparmasıdır".

İclasda Azərbaycanın baş prokuroru Zakir Qaralov korrupsiyaya qarşı mübarizədə müvafiq strukturun yaradılması barədə ətraflı məlumat verib. Maliyyə nazirinin sözlərinə görə, bu istiqamətdə vacib qanunların - Dövlət qulluqçularının etik məcəlləsi, maraqların ziddiyəti barədə hazırlanması üzrə iş aparılır. Korrupsiyaya qarşı mübarizədə əsas istiqamət müstəqil məhkəmələrin fəaliyyət göstərməsidir, deyə S. Şərifov qeyd edib.

Azərbaycan və ABŞ arasında həmçinin demokratiya məsələləri barədə dialoq da baş tutub. "Amerika-Azərbaycan münasibətləri üç əsas sütünda dayanar. Onlardan biri - təhlükəsizlyin təmin edilməsi, qlobal terrora qarşı mübarizə, ikincisi - energetika sahəsində təhlükəsizliyin təmin edilməsi, biz bu məsələyə növbəti görüşlərin gedişində toxunacayıq, üçüncüsü - iqtisadiyat və demokratiya sahəsində islahatlar. Bu görüşdə müzakirələr məhz üçüncü istiqamət üzrə yönəlmişdir ", deyə D. Salivan qeyd edib.

Xəbər lenti

Xəbər lenti