...

Azərbaycan və Rusiya dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:22 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Trend xəbər verir ki, çərşənbə günü Moskvada açılan MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın 15-ci yubiley iclasında Rusiya nəqliyyat naziri İqor Levitin idarələrin qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Plenar iclası MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın sədri, "Rusiya dəmir yolları" ASC prezidenti Vladimir Yakunin açıb.

Onun sözlərinə görə, Şura effektli fəaliyyət göstərir ki, bu da MDB ərazilərində dəmir yolu xətlərinin fasiləsiz işini təmin edir.

V.Yakuninin fikrincə, uğurlu əməkdaşlıq mövcud olan beynəlxalq sərnişin və yük daşımalarının səmərəli işini təmin edir və birgə fəaliyyətdə müsbət dinamika yaradır.

Plenar iclasda Şuranın əvvəlki iclasının qərarlarının yerinə yetirilməsi məsələləri və 2006-cı ildə Birliyin dəmir yolu şəbəkələrinin istismar işinin nəticələri nəzərdən keçirilir.

İclasın işində ADDY idarəsi rəisi Arif Əsgərov iştirak edir.

V.Yakuninin sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çox perspektivlidir. O bildirib: "Biz İranda böyük miqyaslı danışıqlar aparmışıq və Şimal-Cənub layihəsində Azərbaycanın rolunu yüksək qiymətləndiririk".

V.Yakunin bildirib ki, Moskvada ADDY rəisi azərbaycanlı həmkarı Arif Əsgərovla görüş keçirmək niyyətindədir. Bu görüşdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək. V.Yakunin əlavə edib ki, MDB dəmir yolunun inkişaf etdirilməsi işində Azərbaycanın tövhəsi MDB üzrə yük və sərnişin daşımalarında Azərbaycana məxsus paya bərabərdir və biz buna çox böyük önəm veririk.

Xəbər lenti

Xəbər lenti