...

Hesablama Palatası Azərbaycan Fizika İnstitutunda çatışmamazlıqlar aşkar edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend S. Babayeva/ Hesablama Palatası (HP) "Elmin inkişafı proqramı" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda auditi başa çatdırıb. Bu barədə HP-nin məlumatında bildirilib.

HP həmçinin, Azərbaycan dövlət büdcəsindən instituta ayrılmış vəsaitlərin rasional istifadəsini də yoxlayıb. Auditin həyata keçirilməsində məlum olub ki, institutun nizanmnaməsi dövlətin ədliyyə nazirliyində qeydiyyata alınmayıb. Tədqiqat işləri üçün ayraln vəsaitlərlə xərclər smetası arasındakı məbləğlərdə fərq var.

"Ştatda olan əməkdaşlara əmək haqqı" üzrə vəsaitlərin qənaəti hesabına mükafatlar təmir işlərinə layihə-smeta sənədləri olmadan verilib.

Vəsaitlərin istifadə təyinatının dəyişdirilməsi faktları, qiymət təyin etmə sorğusu olmadan alınan əmtəələr, buxalter və maliyyə hesabatlarında çatışmamazlıqlar mövcuddur.

Xəbər lenti

Xəbər lenti