Azərbaycan, Bakı/müxbir Trend İ. Xəlilova/ Dövlət Əmlakının İdarə Olunması üzrə Dövlət Komitəsinin rəhbəri Kərəm Həsənovun Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu ilə görüşündə dövlət əmlakının özəlləşdirilməsində türkiyələi iş adamlarının iştirakının perspektivləri və bu istiqamətdə gələcək əməkdaşlıq istiqamətlərinə baxılıb. Bu barədə Dövlət Komitəsinin məlumatında bildirilib.
"Ölkənin indiki inkişaf mərhələsindəki özəlləşdirmə iqtisadi yüksəlişin əsas alətlərindən biridir", deyə, komitə rəhbəri bildirib.
Bununla əlaqədar Dövlət Komitəsi qarşısında duran əsas məsələlərdən biri dövlət əmlakının idarə olunmasının təkmilləşdirilməsi üzrə dövlət siyastəinin həyata keçirilməsi, dövlət müəssisə və obyektlərinin özəlləşdirmə prosesinin şəffaflığının təmin olunması və bu sahəyə əlavə investisiyanın cəlb olunması, özəlləşdirilmiş müəssisələrin fəaliyyətinin bərpa olunması və inkişafı, həmçinin yeni iş yerlərinin açılmasıdır.
K. Həsənov özəlləşdirmə prosesinə türkiyəli iş adamlarının iştirakı və özəlləşdirilmiş müəssisələr barədə lazımi məlumatın əldə olunması üçün şərait yaratmağa hazır olduğunu bildirib. O, həmçinin ölkələr arasında dövlət əmlakının idarə olunması sahəsində təcrübə mübadiləsinin aparılmasını məqsəduyğun olduğunu qeyd edib.
Səfir özəlləşdirmə prosesinə investisiyaların artılımasına dəstək və türkiyəli iş adamları tərəfindən Azərbaycanda özəlləşdirilmiş müəssisələr barədə məlumatın əldə olunacağına ümid etdiyini bildirib.