...

Növbəti monitorinq Azərbaycanda "quş qripi" virusunu aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2007 14:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/"Quş qripi"nin xəbərdarlığı üzrə növbəti monitorinqin nəticələri Azərbaycan ərazisində virusun olmamasını aşkar edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti məlumat verib.

Laboratoriya tədqiqatları 30 baş quşun patoloji materialları, vəhşi quşların 32 qan nümunəsi və 586 baş müxtəlif təsərrüfat quşları əsasında aparılıb. Onlarn heç birində virus aşkar olunmayıb.

Növbəti monitorinq martın5-də keçiriləcək. Əvvəlki monitorinqdə olduğu kimi, baytarlıq xidməti ilə yanaşı ekologiya, səhiyyə nazirliklərinin mütəxəssisləri və ovçular cəmiyyətindən ibarət olan xüsusi komissiya monitorinqi Pirallahı, Abşeron yarımadalarında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran, milli park, Xəzər dənizinin sahil xətti boyu sahələrdə keçirəcək.

Xəbər lenti

Xəbər lenti