...

Basak-Inam əmlak sığortası üzrə əməliyyatları artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend U.İsmayılova/ Yerli sığorta şirkəti Basak-Inam ipoteka kreditləşməsi obyekti olan əmlakın sığortası üzrə əməliyyatları genişləndirib.

Şirkətin baş mütəxəssisi Samir Məmmədovun bazar ertəsi verdiyi məlumata görə hazırda şirkətdə əmlak üzrə 54, həyat və əmək qabiliyyətinin itirilməsinə görə isə 45 nəfər sığortalanılıb.

Əmlak sığortasına görə faiz dərəcələri 0,2%-dən 0,5%-ə, həyat və əmək qabiliyyətinin itirilməsinə görə sığorta faizləri isə 0,31%-dən 1,95%-ə qədər dəyişilib.

Sığortalananlar isə Turanbank, Texnikabank, Bank of Baku, Bank Respublika, Azərbaycan Kredit Bankı, Azər-Türk Bankının müştəriləri olub.

Xəbər lenti

Xəbər lenti