...

Səfir:Açıq hava əlaqəsinin açılışı Azərbaycan və Belarus arasında qarşılıqlı iqtisadi əməkdaşlığın yüksəlməsinə təsir edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 12:29 (UTC +04:00)
Səfir:Açıq hava əlaqəsinin açılışı Azərbaycan və Belarus arasında qarşılıqlı iqtisadi əməkdaşlığın yüksəlməsinə təsir edəcək

Belarus,Minsk/müxbir Trend R.Ağayev/Martın 8-də Belarus Respublikasının paytaxtında Bakı-Minsk-Bakı avireysinin təntənəli açılış mərasimi keçirilib. Bakıdan Azərbaycan Hava Yollarının Airbus təyyarəsi "Minsk-2" hava limanında yerli vaxtla 10:20-də eniş edib və 2 saatdan sonra geri uçub.

Aviareysin ilk sərnişinlərini təyyarənin pilləkanında "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Rusiya Federasiyası və Belarusda nümayəndəsi Eldar Hacıyev, Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev, "BelAvi" milli avia şirkətinin baş direktoru Anatoli Qusarov qarşılayıb.

Əli Nağıyev bəyan edib ki, açıq hava əlaqəsinin açılışı Azərbaycan və Belarus arasında qarşılıqlı iqtisadi əməkdaşlığın yüksəlməsinə təsir edəcək. O, Belarusun Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün böyük və uğurlu bazar olduğunu əminliklə qeyd edib. "Azərbaycan bazarında böyük tələblə qarşılacanaq Belarus məhsulları da var. Bu hallar bu və ya digər istiqamətdə ikitərəfli sənədlərin hazırlanmasında nəzərə alınır. Uğurla başlanmış münasibətlər ikitərəfli əməkdaşlığın uğurlu inkişafı üçün əsas yaradır. Bu əməkdaşlığın perspektivləri olduqca ümidvericidir. Azərbaycanın zəngin tarixi-mədəni irsinin Belarusda təbliğinə də ehtiyac var. Həmçinin Azərbaycan Belarus xalqının zəngin mədəniyyətinin - balet, muzey işi, ədəbiyyat və s. -nin ölkədə təqdim olunmasına ehtiyac var. Yalnız bir-birini yaxşı tanımaqla ölkələrimizin xalqları qarşlıqlı xeyirli münasibətlər qura bilər", deyə Əli Nağıyev bildirib.

Səfir məlumat verib ki, cari ilin may ayının ilk dekadasında Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfər edəcək. Səfər çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlığın geniş spektrini əhatə edən sənədlərin imzalanması nəzərdə tutulur.

Belarusda Azərbaycan vətəndaşlarının sayı ilə bağlı sualı cavablandıran Əli Nağıyev qeyd edib ki, Belarus DİN-dən alınmış rəsmi məlumatlara əsasən, bütün respublika üzrə 6 bölgə - Qomel, Vitebsk, Brest, Mogilev və b. bölgələrdə rəsmi olaraq 6 min Azərbaycan vətəndaşı qeydiyyata alınıb.

"Lakin respublikada qeyri-rəsmi yaşayanları da nəzərə alaraq, əminliklə söyləmək olar ki, onların sayı 16-17 min nəfər təşkil edir", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti