...

AİB və Bank Respublika kredit müqaviləsi bağlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova/ Martın 9-da Bank Respublikanın mərkəzi ofisində Asiya İnkişaf Bankı ilə 4 mln. dollar dəyərində yeni kredit xəttinin açılması barədə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, AİB Bank Respublika-ya kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kredit xətti ayırıb. Artıq ikinci kredit xəttindən istifadə hüququ alan Bank Respublika ümumilikdə AİB-dən 8 mln dollar vəsait alıb.

Bank Respublika həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Hollandiya Maliyyə İnkişaf Şirkəti, DEG İnvestisiya Şirkəti, Qara dəniz Ticarət və İnkişaf Bankı, Almaniya-Azərbaycan Fondu, Bankgesellschaft Berlin, Raiffeisen, Commerzbank və digər beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edir.

Bankın müxtəlif maliyyə təşkilatları vasitəsilə aldığı vəsait 70 mln. dolları keçib. Bu da öz növbəsində bankın müştərilərinə daha sərfəli şərtlərlə uzunmüddətli kreditlər verməsi və tricarətin maliyyələşdirilməsi imkanlarını genişləndirir.

Xəbər lenti

Xəbər lenti