...

Martın sonu-aprelin əvvəlində "İntellektual nəqliyyat sistemi"nin yaradılması barədə araşdırma işləri başa çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Martın sonu-aprelin əvvəlində Azərbaycanın Nəqliyyat Nazirliyi koreylı mütəxəssislərlə birgə Bakıda "İntellektual nəqliyyat sistemi"nin yaradılması barədə layihə-araşdırma işlərini başa vuracaq. Bu barədə məlumatı çərşənbə günü Nazirliyin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov verib. Layihə hazırlanarkən işlərin qiyməti də müəyyənləşdiriləcək.

Bu sistem Bakı şəhərində sərnişin nəqliyyatının idarə olunması və marşrutların optimalaşdrırılmasına yönəlib.

2007-ci ildə avtomobil nəqliyyatı işləri çərçivəsində Bakı Beynəlxalq Avtovağzalının tikintisinin yekunlaşdırılması, Bakıdakı sərnişin avtobuslarının iri (200 avtobus) və orta (250 avtobus) tutumlularla əvəzlənməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti