...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 11:52 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " İ.Xəlilova/Ötən həftənin yekunlarına əsasən manatın ABŞ dollarına münasibətdə Azərbaycan Milli Bankının müəyyən etdiyi kursu 0,0003 bənd (0,03%) möhkəmlənib. Orta kurs 1 ABŞ dollarına 0,86774 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum kursu martın 12-si və 13-də (1 ABŞ dolları üçün 0,8679 manat), minimum isə - 15 və 16 mart tarixində müəyyən olunub ( 1 ABŞ dollarına 0,8676 manat).

Manatın ABŞ dollarına münasibətdə rəsmi kursu
5 mart 0,8685 12 mart 0,8679
6 mart 0,8684 13 mart 0,8679
7 mart 0,8682 14 mart 0,8677
8 mart - 15 mart 0,8676
9 mart 0,8682 16 mart 0,8676
Həftə ərzində orta 0,868325 Həftə ərzində orta 0,86774

Keçən həftənin yekunlarına əsasən manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasında müəyyən olunmuş birja kursu 0,0004 bənd aşağı düşüb (0,04%). Orta kurs 1 ABŞ dollarına 0,86768 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum kursu 12 və 13 martda (1 ABŞ dollarına 0,8679), minimum isə martın 15-də (1 ABŞ dollarına 0,8674 manat) müəyyən olunub.

BEST-də valyutalaşdırma (T+0) ilə bağlı sövdələşmə əldə olunub: martın 12-də orta ölçülü mübadilə kursu 0,8679 AZN/USD-lə 1,650 mln. dollar; martın 13-də 0,8679 AZN/USD kursu ilə 2,610 mln. dollar, martın 14-də 0,8677 AZN/USD kursu ilə 1,830 mln. dollar, martın 15-də 0,8674 AZN/USD kursu ilə 8,080 mln. dollar, martın 16-da 0,8675 AZN/USD kursu ilə 1,880 mln. dollar təşkil edib.

Manatın ABŞ dollarına münasibətdə rəsmi kursu
5 mart 0,8685 12 mart 0,8679
6 mart 0,8684 13 mart 0,8679
7 mart 0,8682 14 mart 0,8677
8 mart - 15 mart 0,8676
9 mart 0,8682 16 mart 0,8676
Həftə ərzində orta 0,868325 Həftə ərzində orta 0,86774
Manatın ABŞ dollarına münasibətdə birja kursu
5 mart 0,8685 12 mart 0,8679
6 mart 0,8684 13 mart 0,8679
7 mart 0,8682 14 mart 0,8677
8 mart - 15 mart 0,8674
9 mart 0,8682 16 mart 0,8675
Həftə ərzində orta 0,868325 Həftə ərzində orta 0,86768

EUR/AZN T+1 alətinə əsasən sövdələşmə martın 16-da 12 731 manat həcmində əldə olunub. Bir EUR-a ortaölçülü kurs 1,1574 manat təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətlərinə əsasən tələbatın olmaması səbəbindən dilerlərlə sövdələşmə əldə olunmayıb. BEST-də RUB/AZN və EUR/AZN T+0 alətləri üzrə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti sabitliyini saxlayır. Həftə ərzində bir özəlləşdirmə çekinin qiyməti 15,5 manat səviyyəsində dəyişməz olaraq qalıb.

Xəbər lenti

Xəbər lenti