...

Gəncə Asfalt Zavodu yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncə Asfalt Zavodu yenidən qurulacaq. Bu barədə məlumatı "Yol Servis" MMC-nin direktoru Ələddin Hüseynov verib. Onun sözlərinə görə, hazırda zavod bir saat ərzində 50-80 ton asfalt istehsal edə bilirsə, rekonstruksiyadan sonra bu göstərici 80-120 tona çatdırılacaq.

İcra Hakimiyyətinin elan etdiyi tenderdə qalib gələn "Yol Servis" MMC-nin direktoru onu da bildirib ki, artıq istifadəyə yararsız olan köhnə avadanlıqlar yeniləri ilə əvəz olunur. Yeni qurğular Türkiyə, Almaniya və Dubaydan gətiriləcək. Zavod yenidən qurulduqdan sonra işçilərin sayı 57 nəfərdən 120 nəfərə çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti