...

Azərbaycanda təqaüdçü hərbçilər müavinətlərini plastik kartlar vasitəsilə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2007 14:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Martın 16-na qədər Azərbaycan əhalisinə 74,8 mln. manat məbləğində təqaüd və müavinətlər ödənilib. Beləliklə, bütün təqaüdçülər müavinətlərini Novruz bayramına qədər alıb. Bu barədə bu gün Əhalinin Sosial Müdafiəsi Fondunun (ƏSMF) rəhbəri Səlim Müslümov məlumat verib.

Təqaüdçü hərbçilərə təqaüdlərin ödənilməsi məsələsinə gəlincə, S.Müslümov bildirib ki, fond tərəfindən artıq bütün baza məlumatları əldə olunub. "Gələn ay onlar təqaüdlərini plastik kartlar vasitəsilə alacaq", deyə Müslimov bildirib.

562 mln. manat ümumi həcmlə 2006-cı ildə fondun ən çox xərci (94 faiz) əhaliyə təqaüd və müavinətlərin verilməsinə istiqamətləndirilib. Bu xərclərin maliyyələşdirilməsində sosial sığorta ödəmələrinin payı 2005-ci illə müqayisədə 12,4 bənd artaraq 80 faizə çatıb. Sosial müavinətlər üçün xərclər əhaliyə ümümi ödəmələrin 97,5 faizni təşkil edib və il ərzində dövlət qulluqçularına 13 mln. manat təqaüd ödənilib.

Xəbər lenti

Xəbər lenti