...

Türkiyənin ətraf mühitin mühafizəsi naziri TUSİAB-da görüşlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 13:07 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Türkiyənin ətraf mühitin mühafizəsi naziri Osman Pepe Azərbaycana səfəri çərçivəsində Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətində (TUSİAB) görüşlər keçirəcək. Bu barədə cümə axşamı günü TUSİAB-dan məlumat verilib.

Görüşdə TUSİAB üzvləri ilə yanaşı, həmçinin Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri də iştirak edəcək.

Türkiyənin ətraf mühitin mühafizəsi naziri Osman Pepe aprelin 6-da Azərbaycana gələcək. Səfər çərçivəsində O.Pepe Bakıda keçiriləcək ətraf mühitin mühafizəsi beynəlxalq layihənin Olimpiadasında iştirak edəcək. Nazir azərbaycanlı həmkarı Hüseyn Bağırovla görüşəcək. Səfər çərçivəsində hər hansı bir sənədin imzalanması planlaşdırılmır.

Xəbər lenti

Xəbər lenti