...

Parlament komissiyasının sədri: Azərbaycanın Dövlət Büdcəsi yenidən müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 18:05 (UTC +04:00)
Parlament komissiyasının sədri: Azərbaycanın Dövlət Büdcəsi yenidən müzakirə olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ May ayında Azərbaycanın Dövlət Büdcəsində dəyişikliklər edilə bilər. Bunu çərşənbə günü parlamentin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə bəyan edib.

Onun fikrincə, Azərbaycan iqtisadiyyatında baş verən keyfiyyət dəyişiklikləri büdcə gəlirlərinin artmasına və xərclərin dəyişilməsinə təsir göstərir.

Sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün çox işlər aparılır.

"Bunların hamısı büdcə gəlirlərinin formalaşmasına bilavasitə təsir göstərir. Bu məsələlərə büdcənin dəqiq təsdiq olunması üçün parlamentdə baxılmalıdır",-deyə o söyləyib.

Hazırda hökumət büdcəni nə qədər qaldırmağın mümkünlüyünü yoxlayır. O deyib ki, büdcənin artan xərcləri sosial sahəyə yönəldiləcək. "Pensiya, yaşayış minumumu, əmək haqları qaldırılacaq", - deyə o söyləyib.

Həmçinin Azərbaycan Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri Oqtay Haqverdiyev bu gün mətbuat konfransında təsdiq edib ki, büdcə xərcləri əhalinin sosial xərclərinə yönəldiləcək. 2007-ci il üçün Azərbaycanın Dövlət Büdcəsi 6 mlrd. dollar dəyərində müəyyənləşdirilib.

Xəbər lenti

Xəbər lenti