...

Heydər Əsədov Azərbaycan Hesablama Palatasının rəhbəri təyin oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2007 18:14 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın Hesablama Palatasının rəhbəri Namiq Nəsrullayev istefa barədə ərizə yazıb. Bu barədə bazar ertəsi Hesablama Palatasından məlumat verilib.

Sabah Azərbaycan parlamenti Nəsrullayevin istefası və yeni rəhbərin təyin olunmasını müzakirə edəcək. Palatanın rəhbəri vəzifəsinə hazırda Azərbaycan maliyyə nazirinin müavini və dövlət xəzinəsinin rəhbəri Heydər Əsədovun namizədliyi irəli sürülüb.

Nəsrullayevin Trend ə telefonla verdiyi məlumata əsasən, o, sağlamlıq durumuna görə səlahiyyətlərini təxminən iki aydır ki, icra etmir. "Keçirdiyim əməliyyatlardan sonra artıq iki aydır ki, işə çıxmıram", - deyə Nəsrullayev bildirib.

Hazırda onun səlahiyyətlərini Abbas Allahverdiyev icra edir. O, sabah Azərbaycan parlamentində Hesablama Palatasının ilin yekunları ilə bağlı hesabatını təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti