...

Standartlaşdırma üzrə Dövlət Agentliyinin rəhbəri: "Azərbaycanda etalonlar mərkəzinin yaradılması üçün proqram hazırlanır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend E.Hüseynli/ Azərbaycanda etalonlar mərkəzinin formalaşdırılması və idxal olunan məhsullar üçün eksperimental mərkəzin yaradılması üçün dövlət proqramı hazırlanır. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Aqentliyinin sədri Ramiz Həsənov məlumat verib.

Onun sözlərinə görə, 5 illik dövlət proqramında etalonlar mərkəzinin ən müasir avadanlıqla təchizatı və eksperimental mərkəzlərin sayının artırılması öz əksini tapacaq. Həsənov qeyd edib ki, artıq Azərbaycana ABŞ və İsveçrədən 9 etalon gətirilib və ilin sonuna kimi bir o qədər etalonun gətirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti