...

Karlsruedə keçirilən "RESALE 2007" sərgisində Azərbaycanın 23 sahibkarı iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2007 15:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Özəl Sektorun inkişafı proqramı çərçivəsində Azərbaycanın 23 şirkət nümayəndəsi dünyanın işlənmiş maşınlar üzrə 13-cü ticarət sərgisi "RESALE 2007"də iştirak etmək üçün Karlsruya yola düşüb. Bu barədə GTZ-in Bakı ofisindən məlumat verilib. Sərgi 18-20 aprel tarixində keçirilir.

"Bu sərgi azərbaycanlı sahibkarlar üçün yüksək keyfiyyətli maşınların yaxşı qiymətə tapılması və beynəlxalq əlaqələrin yaradılması üçün ideal platformadır" dnyə GTZ-in Özəl Sektorun İnkişafı Proqramının (PSDP) rəhbəri Mixael Gerlix hesab edir. Azərbaycan nümayəndə heyətinin iştirak üzrə xərclərini PSDP qismən öz üzərinə götürüb. Onları beynəlxalq ekspert Tomas Prays müşayiət edəcək və müvafiq tövsiyələr verəcək.

Tikinti avadanlıqları, metal emalı, qida isiehsalı və içki istehsalı avadanlıqları sərgisində 28 ölkənin eksponatları təqdim olunacaq. Bu cür avadanlıqlara olan tələbatın böyük hissəsi Şərqi Avropa və Asiya ölkələrindən gəlməkdə davam edir, sərgi təşkilatçısı "Florian Hess" hesab edir.

Yarmarka hər il 100 ölkədən 10 mindən çox ziyarətçi cəlb edir.

Xəbər lenti

Xəbər lenti