...

Palmali şirkətlər qrupunun yeni yük gəmisi suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 19:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün "Krasnoe Sormovo" (DNL Qrupu) zavodunda "Palmali" Şirkətlər Qrupunun sifarişi ilə Milli qəhraman Riad Əhmədovun adını daşıyan RSD17 layihəli dördüncü yük gəmisi suya buraxılıb. Sazişə əsasən, bu layihə üzrə 5 yük gəmisinin hazırlanması nəzərdə tutulub.

İlk gəmi "Mirzağa Xəlilov" sifarişçiyə 2006-cı ilin noyabrında, ikinci "Ismayıl Şıxlı" gəmisi 2006 - cı il dekabrın sonunda, "Şirvan" gəmisi isə 2007 - ci ilin fevralında təhvil verilib.

6270 ton dedveyti olan RSD17 yük gəmisi beynəlxalq standartlara müvafiq olaaraq 20, 40 fut uzunluğu, 9 fut hündürlüyü olan tankerlərin, metal, taxıl, ağac, kömür, iriqabaritli və ağırçəkili yüklər də daxil olmaqla bütün növ yüklərin daşınması üçün nəzərdə tutulub.

Gəminin uzunluğu - 121,7 m, eni - 16,7 m, göyərtənin hündürlüyü - 6,20 m, suya oturması - 5,06 m-dir. Yük gəmisində 9370 kubmetr həcmi olan 3 anbar var. 234 ədəd konteyner daşıya bilə gəmi 12-14 heyət üzvü ilə saatda 11,5 uzl sürətlə 20-25 sutka üzə bilər.

Bütün beynəlxalq standartlara cavab verən gəminin layihəsi KM*LU2 I A1 sinfinə məxsus Dəniz Mühəndis Bürosu (Odessa) tərəfindən hazırlanıb. Enerji təchizatı elə hazırlanıb ki, hərəkət və manevrlərdə yanacağa qənaət etməyə imkan verir.

Dəniz və neft layihələri şirkətlər qrupu (DNL Qrupu) - gəmiqayırma və dəniz qazma qurğularında mühəndis işləri üzrə layihələrin idarə olunmasını həyata keçirir. Şirkətlər Qrupuna Rusiyanın aparıcı tərsanələri daxildir: "Krasnoe Sormovo" zavodu (Nijniy Novqorod), Nijni Novqorod Teploxod zavodu, Həştərxan gəmiqayırma zavodu, Lotos zavodu (Həştərxan), Sormovo maşınqayırma zavodu (Nijni Novqorod), Volqoqrad maşınqayırma zavodu, SKB Korall (Ukrayna), Volqa - Xəzər PKB (Nijni Novqorod) və Friede

Xəbər lenti

Xəbər lenti