...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni marşrut açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 14:12 (UTC +04:00)
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni marşrut açıb

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni Bakı-Aktau-Bakı yükdaşıma marşrutu açıb. Bu barədə çərşənbə günü gəmiçilikdən məlumat verilib.

"Bəstəkar Qara Qarayev" gəmisi (Ro-Ro tipli) bu istiqamətdə daimi marşrutun açılışı layihəsi çərçivəsində yüklə Qazaxıstanın Aktau limanına yola düşüb. Bu dəniz reysi yük avtomaşınlarının daşınması üçün nəzərdə tutulub.

Marşrutda "Bəstəkar Qara Qarayev" gəmisi işləyəcək. Bu gəmi göyərtəsinə 60 "KAMAZ" markalı avtomaşın və ya qoşqulu 40 ağır yük avtomobilini qəbul etmək qabiliyyətinə malikdir. Reyslərin həyata keçirilməsi gəmilərin yüklənməsi üzrə yerinə yetiriləcək.

Bu ilin qışında gəmiçilik artıq Bakı-Həştərxan-Bakı marşrutu üzrə pilot layihə həyata keçirib. Bu reysin açılışı Azərbaycanda şimal istiqamətdə avtomobil yollarında hava şəraiti ilə bağlı nəqliyyatın hərəkətində yaranmış çətinliklərlə izah edilir.

Xəbər lenti

Xəbər lenti