...

Azərbaycan Milli Bankı əməkdaşlarının sığortası üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Milli Bankı əməkdaşlarının sığortası üçün tender elan edib. Bu barədə Milli Bankın yaydığı məlumatda bildirilir. Tenderdə iştirakın qiyməti 200 manatdır.

Tenderdə iştirak etmək üçün sığorta şirkətləri aşağıdakı sənədləri təqdim etməlidir:

- sığortaçının statusunu təsdiq edən hüquqi sənədlər,

- tender üçün təkliflər,

- sığorta məhsulunun mövcudluğunu təsdiqləyən lisenziya,

- sonuncu ilin mühasibat hesabatı,

- sonuncu ilin audit hesabatı,

- şirkətin dövlət strukturlarına borcunun olmamasını təsdiqləyən sənəd,

- şirkətin səhiyyə sığortası sahəsində korporativ müştərilər üçün xidmət səviyyəsini göstərən sənəd.

Tender iyunun 14-də Milli Bankın binasında keçiriələk. Tenderdə iştirak etmək istəyənlər iyunun 13-nə kimi müvafiq sənədləri və bank təminatını təqdim etməlidir. Digər sənədlər isə iyunun 5-dək verilməlidir.

Xəbər lenti

Xəbər lenti