...

Deputat: "2007-ci ilin dövlət büdcəsi 350-400 milyon manat artırılacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2007 16:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ 2007-ci ilin dövlət büdcəsi artırılarkən sosial məsələlərə daha çox vəsait ayrılmalıdır. Bu barədə cümə günü Bakıda Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov məlumat verib.

Onun sözlərinə görə, mayın sonlarında Milli Məclisdə 2007-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

"Büdcəyə 350-400 milyon manat əlavə olunacaq. Bu, əsasən cari məsələlərin həllinə xərclənəcək", -deyə deputat əlavə edib.

Əhmədov qeyd edib ki, yaxın vaxtlarda pensiyaların artırılması məsələsinə baxılacaq.

Deputat deyib ki, hökumət büdcəyə yenidən baxılmasını nəzərdə tutan qanun layihəsini hələlik Milli Məclisə təqdim etməyib.

Xəbər lenti

Xəbər lenti