...

Səfir: "Belarusda Azərbaycan milli məhsullarının sərgisi keçiriləcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 15:37 (UTC +04:00)
Səfir: "Belarusda Azərbaycan milli məhsullarının sərgisi keçiriləcək"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Yaxın vaxtlarda Belarusda Azərbaycan milli məhsullarının sərgisi təşkil olunacaq. Bu barədə bazar ertəsi Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviş bildirib. Diplomat bildirib ki, Azərbaycanın Belarusdakı səfirliyi artıq bu istiqamətdə işləyir. Bu, 2-3 may tarixində Bakıda keçirilmiş Belarus milli məhsullarının sərgisinə cavab xarakteri daşıyacaq.

Səfirin sözlərinə görə, yaxın zamanlarda ət-süd məhsulları, qənnadı məhsulları da daxil olmaqla Belarus milli məhsullarının xeyli çeşiddə pilot partiyasının gətirilməsi planlaşdırılıb.

"Biz azərbaycanlı istehlakçıların müsbət rəyinə əminik" - deyə səfir bildirib.

Onun sözlərinə görə, hər iki ölkə qarşısına əmtəə dövriyyəsinin 500 min dollara qədər artırılması vəzifəsini qoyub.

"Azərbaycan və Belarus qarşısında nəqliyyat marşurutunu müəyyən etmək, biznes-turlar təşkil etmək vəzifəsi dayanır" - deyə səfir bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının topdan alışı ilə məşğul olan Belarus şirkətlərinin Azərbaycana cəlb olunması istiqamətində ciddi işlər aparılır.

Xəbər lenti

Xəbər lenti