...

Azərbaycanda QHT-lərin dövlətdən maliyyələşdirilməsinə dair təkliflər hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2007 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda qeyri-hökumət təşkilatlarının dövlət tərəfindən maliyyələşdirilməsi ilə bağlı təkliflərə hökumət müsbət cavab verib. Bu barədə cümə axşamı Bakıda "QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi" mövzusunda keçirilən konfransda Milli QHT Formunun (MQF) prezidenti, millət vəkili Azay Quliyev açıqlama verib.

Quliyev qeyd edib ki, QHT sektorunun fəaliyyətinin, proqram və layihələrinin dövlət tərəfindən dəstəklənməsi barədə təklifləri baş nazir Artur Rasizadənin, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundovun, maliyyə naziri Samir Şərifovun diqqətinə çatdırıb. Millət vəkili Quliyevin sözlərinə görə, həm baş nazir Rasizadə, həm maliyyə naziri Şərifov bu məsələyə müsbət yanaşdıqlarını, hökumətin müsbət rəy verəcəyini deyiblər və təkliflər sənədi hazırlanıb təqdim olunmasını tövsiyə ediblər.

Milli QHT Forumu təklif edir ki, QHT-lərlə bağlı ayrıca dəstək Fondu yaradılsın, bura şəffaf şəkildə hökumətdən və beynəlxalq fondlardan maliyyə vəsaiti daxil edilsin. Həmçinin hökumət və beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə MQF-nin nəzdində qrant komissiyası yaradılsın.

Xəbər lenti

Xəbər lenti