...

Qazaxıstanda BMT-nin Asiya və Sakit okean regionları üzrə sosial-iqtisadi komissiyasının sessiyası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Mayın 17-dən mayın 23-dək Almatıda (Qazaxıstan) BMT-nin Asiya və Sakit okean regionu üzrə sosial-iqtisadi komissiyasının (UNESCAP) 63-cü sessiyası keçirilir. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyinin yaydığı məlumatda deyilir.

Sessiya çərçivəsində yüksək çinli məmurların müşavirəsi (17-19 may), Asiya və Sakit okean regionu ölklərinin biznes-forumu (18-19 may) və nazirlərin toplantısı (21-23 may) keçiriləcək.

Görüş zamanı Asiya və Sakit okean regionlarının inkişafı ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.

Nazirlərin toplantısında həmçinin regionda nəqliyyat sahəsinin inkişafı, nəqliyyatda təhlükəsizliyin rolunun artırılması və "Pusan qətnaməsi" ilə bağlı məsələlərin nəzərdən keçiriləcəyi planlaşdırılır.

Azərbaycanı bu tədbirdə Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin rəhbəri Sədrəddin Məmmədov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti