Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Azərbaycan Sığortaçılar Assosiasiyasının Nəzarətçilər Şurasının formalaşdırılması iyunun 22-də Bakıda keçiriləcək. Bu barədə cümə günü MBASK sığorta şirkətinin idarə heyətinin rəhbəri, icra komitəsinin üzvü Cəmil Məlikov bildirib.
Məlikovun sözlərinə görə, bu qərar bu gün Assosiasiyanın idarə heyətinin ilk iclasında qəbul olunub. Assosiasiyaya beş şirkət (MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azərsıgorta və Atəshgah) daxildir.
Məlikov qeyd edib ki, assosiasiya üzvlərinin ümumi iclasında Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkəti iştirak edəcək.
Assosiasiyanın idarə heyətinin hər 5 üzvü növbəli şəkildə 1 il ərzində assosiasiyada rəhbərlik edəcək. Assosiasiyanın prezidenti hər il dəyişdiriləcək və idarə heyətinin beş üzvü arasından seçiləcək.
Assosiasiyanın büdcəsi icbari və ümumi ödəmələrdən formalaşdırılacaq. O, bərabər bölünəcək. Büdcənin bir hissəsi şirkətlər arasında bərabər bölünmüş icbari ödəmələr hesabına formalaşdırılacaq.
Əlavə tədbirlərin təşkili üçün nəzərdə tutulmuş büdcənin ikinci hissəsi qismən müntəzəm və sığortaçıların qərarına əsasən daxil olan ümumi ödəmələr hesabına formalaşdırılacaq.