...

Commerz Bank Azərbaycanda filial açmağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 16:50 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / Almaniya bankları Azərbaycanın bank sektorunda fəaliyyətlərinin genişləndirilməsinə maraq göstərir. Almaniyanın İqtisadiyyat və Texnologiyalar Federal Nazirliyinin Orta Asiya, Qafqaz, Rusiya, Ukrayna, Belarus və Moldova üzrə nümayəndəsi Frank Vayzinqin bazar ertəsi verdiyi məlumata görə, konkret olaraq Commerz Bank Bakıda öz filialını açmaq niyyətindədir.

"Əsas məsələ qeydiyyata alınma və rəsmi səviyyədə müvafiq istiqamətdə işlərin aparılmasıdır" - deyə Vayzinq bildirib. Onun fikrincə, irimiqyaslı layihələrin reallaşması və Azərbaycanda iqtisadi artım templəri alman iş adamlarının buraya sərməyə yatırmaq maraqlarını artırır.

Qeyd edək ki, bank sektorundakı əməkdaşlıqla bağlı danışıqlar Avropa Mərkəzi Bankı, Almaniya Maliyyə Nazirliyi və Azərbaycanın Milli Bankı tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti