...

DSMF rəhbəri: Dövlət büdcəsindən transferlərə ehtiyac var

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 19:18 (UTC +04:00)
DSMF rəhbəri: Dövlət büdcəsindən transferlərə ehtiyac var

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial siyasət daimi komissiyasının bazar ertəsi keçirilən iclasında "Azərbaycan  Respublikasının  Sosial  Müdafiə Fondunun  2007-ci il büdcəsi haqqında" qanuna  dəyişikliklər  və əlavələr  edilməsi  barədə  məsələ  müzakirə olunub.

Komissiyanın sədri Hadı Rəcəbli bildirib ki, pensiyaların baza hissəsinin və müavinətlərin  2007-ci ildə artırılması  nəticəsində  Dövlət  Sosial  Müdafiə Fondunun büdcəsinə  dövlət  büdcəsindən  30,5  milyon manat transfert  tələb olunur.

Dövlət Sosial  Müdafiə  Fondunun  sədri  Səlim Müslümov  bildirib  ki,  Tarif  Şurası  2007-ci ildə  kommunal   xərcləri artırdıqdan sonra, ölkə prezidenti əhalinin aztəminatlı  ailələrinə verilən  müavinətlərin  və  pensiyaların  baza hissəsinin  35 manatdan 45 manata  qədər  artırılması  barədə  sərəncam imzalayıb: "Bundan  sonra  Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 103 milyon manat əlavə vəsait tələb olunurdu.  Bu məbləğin müəyyən  hissəsi  sosial  sığorta  yığımından əldə olunsa  da, dövlət  büdcəsindən transferə də kəskin ehtiyac  duyulur".

Bildirilib ki, 2007-ci ilin dövlət büdcəsində edilən dəyişiklikdən sonra Dövlət Sosial Müdafiə Fonduna transferin də həcmi artırılacaq.

Bununla əlaqədar qanunun müvafiq maddələrinə edilmiş dəyişikliklər və əlavələr komissiyada  ətraflı müzakirə edilib, mütəxəssislərin rəy və təklifləri  nəzərə alınmaqla sənədin Milli Məclisin müzakirəsinə çıxarılması  tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti