...

Bakıya kanadalı biznesmenlər gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova / İyunun sonu-iyulun əvvəlində Bakıda Azərbaycan və Kanada iş adamlarının iştirakı ilə biznes-forumun keçirilməsi planlaşdırılır. Bu barədə çərşənbə axşamı Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

"Azərbaycanın Kanadadakı səfirliyi Bakıya kanadalı iş adamlarından ibarət qrupun səfərini təşkil etmək ideyası ilə çıxış edib. Onların fəaliyyət istiqamətləri bizə bəllidir. Əsasən aqrar və energetika sahəsində çalışan şirkətlər maraq göstəriblər" - deyə Məcidov bildirib.

Bu səfərdən öncə isə Los-Ancelesdə Azərbaycanın investisiya imkanlarırın təqdimatı keçiriləcək. AZPROMO rəhbərinin sözlərinə görə, ABŞ-a səfər mayın 30-31-də gerçəkləşəcək.

Azərbaycan nümayəndə heyətinə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov rəhbərlik edəcək. Heyətə 15 müxtəlif şirkət nümayndələri daxil olacaq. Bu gün məsələyə informasiya texnologiyaları, bank sektoru, tikinti, isthesalat və digər sahələrdə ixtisaslaşan şirkətlər maraq göstərir. Səfər İqtisadi İnkişaf Nazirliyi və AZPROMO tərəfindən təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti