...

Azərbaycanda ilk dəfə heyva şərabı istehsal ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanda ilk dəfə heyva şərabı istehsal ediləcək. Bunu Naiq K° korporasiyasının strukturu olan "Tovuz-Baltiya LTD" həyata keçirmək niyyətindədir. Bu barədə şirkətin baş direktoru Naiq Məmmədhəsənov məlumat verib.

Onun sözlərinə görə, 2007-ci ildə 500 min şüşə heyva şərabı istehsal ediləcək.

Şərabın hazırlanmasında Azərbaycanın Göyçay, Zərdab və Ağqdaş rayonlarında yetişdirilən meyvələrdən istifadə olunacaq. Turş-şirin heyva şərabı həm daxili bazarda, həm də Ukrayna və Rusiyada satılacaq.

Məmmədhəsənov bildirib ki, bu şərab növü artıq Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdan keçib və indi dequstasiya komissiyası qiymətləndirməni həyata keçiririr.

Onun sözlərinə görə, bir müddət öncə şirkət ilk dəfə olaraq Azərbaycanda nar şərabını istehsal edib. Bu şərab beynəlxalq sərgilərdə yüksək qiymətə layiq görülüb.

Şirkət öz məhsullarını Yaponiya, Rusiya və Ukrayna daxil olmaqla, dünyanın 15 ölkəsində reallaşdırır.

Xəbər lenti

Xəbər lenti