...

Sosial Müdafiə Fondu və Dövlət Əmək Müfəttişliyi protokol imzalamağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir " Trend " Ş.Əlizadə/ Azərbaycanın Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi protokol imzalamağa hazırlaşır.

Cümə günü Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun bildirdiyinə görə, fondun protokoluna əsasən, fond Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək müqaviləsi olmadan istehsal və tikinti şirkətlərində işləyənlər barədə məlumatlandırılacaq.

Dövlət fondu öz növbəsində dövlət sosial sığorta haqlarının ödənilməsi üçün bu şəxslərin qeydiyyatını aparacaq.

Xəbər lenti

Xəbər lenti