...

2007-ci ildə Azərbaycanda iqtisadiyyata dövlət investisiyaları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2007 11:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend İ.Xəlilova, İ.Əlizadə/ 2007-ci ildə dövlət kapital qoyuluşu 369 mln. manat artaraq 1,915 mlrd. manat təşkil edəcək. Bu barədə maliyyə naziri Samir Şərifov parlamentdə 2007-ci il büdcəsinə düzəlişlər zamanı məlumat verib.

Onun sözlərinə görə, büdcə xərclərində kapital qoyuluşunun xüsusi çəkisi 30,3 faiz təşkil edəcək.

Kapital qoyuluşu üçün əlavə vəsaitlərdən 34,5 faiz energetika və infrastruktur layihələri, 17,6 faiz nazirlik və idarələrin maddi - texniki bazasının yaxşılaşdırılması, 5,5 faiz təhsil, mədəniyyət, səhiyyə, 27,1 faiz - sosial obyektlərin tikintisi, həmçinin orqanların ehtiyacları üçün avadanlıqların alınması, 6,6 faiz bir sıra dövlət müəssisələrinin, həmçinin Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının artırılması üçün nəzərədə tutulub.

Bakı şəhəri üzrə quruculuq işləri tədbirlərinin maliyyələşdirilməsinə 2,7 faiz əlavə vəsait nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti