...

"Azəryol"un sədri: "Əzizbəyov" metrosunun ətrafında ticarətlə məşğul olan və obyektləri sökülən insanlar kompensasiya alacaqlar"

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 19:51 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ "Məşədi Əzizbəyov" metrosunun ətrafında ticarətlə məşğul olan və obyektləri sökülən insanlara kompensasiya ödəniləcək. Bu barədə cümə axşamı "Azəryol" ASC-nin sədri, millət vəkili Cavid Qurbanov məlumat verib.

Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən əsas yol "Məşədi Əzizbəyov" metrostansiyasının yanından keçir.

"Azərbaycana gələn və gedən bütün şəxslər bu yoldan istifadə edir. Yol bərbad vəziyyətdədir. Hazırda həmin ərazidə körpülər tikilir. Bununla əlaqədar olaraq rəhbərlik tərəfindən belə bir göstəriş oldu ki, orada abadlaşdırma işi aparılsın",-deyə Qurbanov söyləyib.

O bildirib ki, ərazidə qanunsuz fəaliyyət göstərən bir sıra obyektlər olub. Qanuni fəaliyyət göstərən və sənədləri düzgün olan obyekt sahiblərinə yardımlar göstəriləcək.

"Əzizbəyov" metrosunun ətrafında yerləşən obyektlər bir neçə gün əvvəl sökülüb. Ərazidə 3000-ə yaxın ticarət və xidmət obyektinin olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti