...

Azərbaycanın Lənkəran rayonunun əhalisi 800 nəfər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend P.Əliyeva/ Lənkəran rayon əhalisinin sayı 2007-ci il iyun ayının əvvəllərinə 202 min 400 nəfər təşkil edib. Bu barədə rayon statistika idarəsi məlumat verib. Cari ilin 5 ayı ərzində əhali 800 nəfər artıb.

Əhalinin ümumi sayının 51,2 %-i qadın, 49%-i kişidir. 2007-ci ilin 5 ayı ərzində rayonda 1404 körpə dünyaya gəlib. 611 ölum halı qəydə alınıb ki, onlardan 4 nəfəri 1 yaşadək olan körpələrdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni doğulanların sayı 51 nəfər, ölənlərin sayı isə 2 nəfər artıb.

1 yaşadək olan körpə ölümü isə dəyişməz olaraq qalıb.

Məlumata görə, cari ilin iyun ayınadək Lənkəran rayonunda 740 nigah, 60 boşanma faktı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 nigah, 2 boşanma çoxdur.

Xəbər lenti

Xəbər lenti