...

Azərbaycan Beynəlxalq Bankı 4-cü sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair saziş imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 140 mln. dollar dəyərində sindikatlaşdırılmış kreditin cəlb olunmasına dair saziş imzalayıb. Sindikatlaşmanın müvəkkil təşkilatçıları rolunda beynəlxalq bank biznesinin "BayernBL", "Calyon" və "UniCredit Group" kimi liderləri çıxış edib. Həmçinin "BayernBL" sindikatlaşmanın agenti, "Calyon" və "UniCredit Group" isə sindikatlaşmanın təşkilatçıları təyin ediliblər. Ümumilikdə sindikatlaşmada dünyanın müxtəlif ölkələrindən 25 bank iştirak edib. Onların sırasında "Credit Europe Bank N.V.", "CitiGroup N.A.", "National Bank of Dubai PJSC", "GarantiBank International N.V.", "Bank Hapoalim B.M.", "Sumitomo Mitsui Banking Corporation Europe Limited" və başqaları var.

ABB İdarə Heyətinin sədr müavini Emil Mustafayevin sözlərinə görə, bu bank tərəfindən alınan dördüncü sindikatlaşdırılmış kreditdir. O, ölkədə iqtisadi artımın, həm Azərbaycanın, həm də bankın reytinqinin artımının nəticəsi olaraq əvvəlkilərdən fərqlənir.

Kredit 364 gün müddətinə libor + 0,7 faiz dərəcəsi ilə verilib (libor 5 faizi ötür). Komissiya isə 0,6 faiz təşkil edib. Kredit vəsaitləri korporativ məqsədlər üçün nəzərdə tutulub. Mustafayevin sözlərinə görə, bank bu vəsaitlər hesabına hansı sahədə (energetika və infrastruktur) layihələri maliyyələşdirəcəyini müəyyənləşdirib.

"Bank Austria"nın nümayəndəsi Thomas Sommer xarici bankların ABB-ni maliyyələşdirməyə marağının böyük olduğunu, məhz bunun da əvvəlcədən 80 mln. nəzərdə tutulan kreditin 140 mln. dollara qədər artırılmasına imkan verdiyini söyləyib. Sonuncu sindikatlaşma ilə müqayisədə bu kredit xətti də ABB-yə ucuz başa gəlib. Əgər 2001-ci ildə sindikatlaşmış kredit ABB-yə 400 funta (libor+4 faiz) başa gəlmişdisə, hazırkı kredit 70 funta (libor+ 0,7 faiz) başa gəlib.

Kredit təşkilatçılarının - "BayernBL", "Calyon" və "UniCredit Group"un hər birinin payı 10,167 mln. avro, digər bakların payı isə 2,5 mln. avrodan 10 mln. avroya qədər dəyişir.

Hazırda ABB-in xarici öhdəliklərinin həcmi 300 mln. dollara çatır.

Xəbər lenti

Xəbər lenti