...

"Pasa Sıgorta": Azərbaycan Sığortaçılar Assosiasiyası daxili sığorta reytinqi yaratmalıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2007 13:29 (UTC +04:00)
"Pasa Sıgorta": Azərbaycan Sığortaçılar Assosiasiyası daxili sığorta reytinqi yaratmalıdır

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ "Pasa Sıgorta" sığorta şirkətinin baş direktoru Nofəl Rzayevin çərşənbə günü verdiyi məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası daxili sığorta reytinqi yaratmalıdır.

İyunun 22-də Azərbaycan Sığortaçılar Assosiasiyasının iclası zamanı nəzarətçi şura, icraçı direktor və müfəttiş komitəsi seçilib.

Maliyyə sabitliyi reytinqinin yaradılmasının vacibliyini bildirən Azərbaycanın digər sığorta şirkətlərinin fikrinə münasibət bildirərək Rzayev vurğulayıb ki, Azərbaycanda fəaliyyət göstərən 29 sığorta şirkətlərinin heç də hamısı maliyyə sabitliyi beynəlxalq reytinqini almaq imkanına malik deyil.

"Buradan belə çıxır ki, sığorta şirkətlərinin öz aralarında şirkətlərin səviyyəsini müəyyən edəcək Sığortaçılar Assosiasiyasının daxilində reytinq yaratmaq lazımdır.

"Beynəlxalq reytinqin əldə edilməsi müəyyən müddət iş və böyük maliyyə imkanları tələb edir" - deyə o bildirib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının fəaliyəti barədə fikir bildirən Rzayev bildirib ki, Assolsiasiyanın işi ölkənin sığorta bazarının inkişafına təkan verəcək. Rzayev həmçinin qeyd edib ki, "Pasa Sıgorta" aktiv olaraq Assosasiyanın bütün təşəbbüslərində iştirak edəcək.

"Pasa Sıgorta" 2006-cı ildən fəaliyyət göstərən və 1,2 mln. nizamnamə kapitalına malik olan aparıcı sığorta şirkətlərindən biridir.

Xəbər lenti

Xəbər lenti