...

"CBonds"un rəhbəri: "Azərbaycan qiymətli kağızlar bazarında maraqlı istiqamətə çevrilib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2007 14:36 (UTC +04:00)
"CBonds"un rəhbəri: "Azərbaycan qiymətli kağızlar bazarında maraqlı istiqamətə çevrilib"

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Cümə axşamı MDB ölkələrinin Bakıda keçirilən istiqraz konqresində "CBonds"un baş direktoru Sergey Lyalin bildirib ki, Azərbaycan qiymətli kağızlar bazarında maraqlı istiqamətə çevrilib. Xatırladaq ki, tədbirin təşkilatçısı "CBonds"dur.

Bununla bərabər baş direktor hesab edir ki, Azərbaycanda korporativ istiqrazlar bazarı digər ölkələrlə müqayisədə kiçikdir, bazar cəmi 50 mln. dollar təşkil edir.

"Lakin Azərbaycanda bu bazarın inkişaf meyli müşahidə olunur" - deyə Lyalin bildirib. MDB ölkələrinin istiqraz konqresi "CBonds" tərəfindən istiqraz bazarının iştirakçıları arasında keçirilən ən böyük və ən məşhur konqreslərdən biridir.

MDB ölkələrinin istiqraz konqresi dördüncü dəfə keçirilir. 2004-cü ildə konqres Kiyevdə, 2005-ci ildə Alma-Atada, 2006-cı ildə isə Riqada keçirilib.

Konfransın iştirakçılarının əsas auditoriyasını həmişəki kimi, aparıcı bankların, investisiya şirkətlərinin nümayəndələri, Rusiya, Baltik ölkələri, Ukrayna, Qazaxıstan, digər MDB ölkələri və həmçinin Avropa ölkələrinin emitentləri təşkil edir.

Beynəlxalq borc bazarına çıxış imkanları axtaran emitentlər üçün konqres böyük əhəmiyyət təşkil edir.

Konfransda MDB və Baltik ölkələrində istiqraz bazarlarının problemləri və perspektivləri, investisiya nöqteyi-nəzərindən cəlb etmə qabiliyyəti müzakirə olunur. Konfransın işi elə təşkil olunub ki, müxtəlif ölkələrdən olan bazarların iştirakçıları bondların buraxılışı və yerləşdirilməsi ilə bağlı təcrübə mübadiləsi apara bilsinlər.

Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin konqresdə verdiyi məlumata görə, Azərbaycanın qiymətli kağızları ümumi dəyərinə görə fərqlənir, lakin Rusiya və Qazaxıstanın qiymətli kağızlarından geri qalır. "Üç ildir ki, Azərbaycan ÜDM-in inkişaf tempinə görə dünya lideridir" - deyə nazir bildirib. Bu il adambaşına düşən ÜDM 3 min dollara qədər artacaq.

Nazirin sözlərinə görə, xüsusilə neft sektoru sahəsində adambaşına düşən investisiyanın həcminə görə də Azərbaycan lider olaraq qalır. "Azərbaycan təkcə enerji sektoru üçün deyil, həmçinin maliyyə xidmətləri üçün də tranzit rolu oynaya bilər. Azərbaycan banklarının möhkəmlənməsi və kifayət qədər kapitala malik olması məqsədilə əlimizdən gələni edirik" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti