...

Azərbaycan sənayenin artım tempinə görə MDB-də birinci yerdədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2007 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / MDB kökumətlərarası statistika komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may ayları ərzində Azərbaycan sənayenin artım tempinə görə Birlik ölkələri arasında birinci yerdə olub. Sənaye artımı 36,1 faiz təşkil edib.

İkinci yeri sənaye artımının 12,1 faiz olduğu Ukrayna tutub. Ukraynanın ardınca Tacikistan - 8,4 faiz, Qazaxıstan - 8,1 faiz, Belarus - 7,7 faiz, Rusiya - 7,4 faiz, Qırğızıstan - 2,2 faiz, Ermənistan - 1,2 faiz olub.

Moldovada ötən illə müqayisədə sənayenin artım tempinin 1,6 faiz azalması müşahidə olunub.

Gürcüstan, Özbəkistan və Türkmənistanda sənaye istehsalının artımı barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti