...

Sahibkarlığa Kömək Milli Fondu 2007-ci il üçün büdcəsinin 32 faizini sərf edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2007 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İndiyə qədər Sahibkarlarin investisiya layihələrinin güşətli qaydada kreditləşdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 25,6 mln. manat həcmində vəsait verilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib. İlin əvvəlindən Milli Fondun hesabına 30 mln. manat köçürülüb.

Ayrılmış kreditləri respublikanın 44 şəhər və rayonu üzrə 228 sahibkarlıq subyekti alıb. Kreditlərin veriməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 27 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 5 kredit ittifaqı tərəfindən həyata keçirilir.

Maliyyələşdirilən layihələrin 80%-i respublikanın regionların payına düşür. Kreditləşdirilən layihələrin 86%-ni isə istehsal və emal yönümlü layihələr təşkil edir.

Güzəştli kreditlər əsasən sənaye məhsulları istehsalı, kənd təsərüfatı məhsullarının istehsalı və emalı, kəndli fermer təsərrüfatlarının, turizm infrastukturunun, xidmət sahələrinin inkişafı layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

Layihələrin həyata keçirilməsi nəticəsində 4 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir.

Kreditlərin verilməsi üzrə Fondun 28 dekabr 2006-cı ildə təsdiq olunmuş yeni qaydalarına əsasən mikrokreditlərin və kiçik kreditlərin verilmə tarixi iki il, orta kreditlər üç ilə qədər, böyük kreditlər 5 il, iri kreditlər 7 il müəyyən olunub. Müşahidə Şurasının qərarına əsasən kreditin verilmə tarixində istisnalar ola bilər.

2007-cı il dövlət büdcəsində SKMF üçün 80 mln. manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu vəsaitin də 6 mln. manatı Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti