...

Ekspert: Azərbaycanda çörəyin qiyməti yarım ildən sonra 50 faiz artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2007 17:27 (UTC +04:00)
Ekspert: Azərbaycanda çörəyin qiyməti yarım ildən sonra 50 faiz artacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ 2008-ci ildə Azərbaycanda çörəyin qiyməti daha 50 faiz bahalaşacaq. Bunu Azərbaycan və Rusiyada taxılın qiymətinin qəfildən bahalaşması və Qazaxıstanın taxıl ixracı qiymətinin artırılması barəsində bəyanatını şərh edərkən Azərbaycan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov proqnozlaşdırıb.

Azərbaycan taxılı əsasən Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdən idxal edir.

Ekspertin fikrincə, bu ilin sonuna qədər çörəyin qiyməti daha 30 faiz artacaq. "Ölkədə taxılın qiymətinin artması yanvar ayında Tarif Şurasının verdiyi qərarla bağlıdır. Enerji daşıyıcılarının qiymətinin artması səbəbindən torpağın becərilməsi kənd əhalisi üçün əlverişsiz olub", - deyə o söyləyib.

Ekspert qeyd edib ki, hazırda vəziyyətdən ən optimal çıxış yolu gömrük rüsumunun azaldılması və yaxud taxılın qiymətinin daha stabil olduğu ölkələrdən ixrac olunması ola bilər. "Amma bu da ölkədə taxılın qiymətinin tənzimlənməsində əhəmiyyətli rol oynaya biməz", - deyə o söyləyib.

Hazırda Azərbaycanda çörəyin orta qiyməti 0,3 manatdır.

Xəbər lenti

Xəbər lenti