...

Ekspert: "Azərbaycan hökuməti çörəyin qiymətinin qalxmaması üçün inzibati tədbirlər hazırlaya bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2007 11:31 (UTC +04:00)
Ekspert: "Azərbaycan hökuməti çörəyin qiymətinin qalxmaması üçün inzibati tədbirlər hazırlaya bilər"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan hökuməti çörəyin qiymətlərinin artması ilə bağlı yaranan ajiotajın qarşısının alınması məqsədilə müvafiq addımlar ata bilər. Bu fikri bazar ertəsi Nazirlər Kabinetinin Qiymət, iqtisadi və kredit-maliyyə siyasəti şöbəsinin sabiq rəhbəri Oqtay Haqverdiyev ifadə edib .

Son vaxtlar Azərbaycanın bir sıra rayonlarında çörəyin qiyməti 50 faiz artıb.

Haqverdiyevin bildirdiyinə görə, zərurət yaransa, hökumət bazardakı qiymətlərin sabit şəkildə saxlanılması üçün müxtəlif variantlar hazırlaya bilər. Lakin bu, ancaq inzibati tədbirlər ola bilər.

"Əsas prosesin mexanizmidir. Çünki baza iqtisadiyyatında ticarət qiymətlərinə təsir etmək asan iş deyil" - deyə o bildirib.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi istisna etmir ki, qiymətlərin sabitləşdirilməsi üçün taxıl idxalçıları üçün vergi güzəştləri tətbiq olunsun.

Bu gün ölkədə bir çörəyin orta qiyməti 0,3 manatdır.

Xəbər lenti

Xəbər lenti