...

Prezidentin mətbuat katibi: İordaniya Azərbaycanla yük daşımaları sahəsində əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2007 13:54 (UTC +04:00)
Prezidentin mətbuat katibi: İordaniya Azərbaycanla yük daşımaları sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ İordaniya Azərbaycanla yük daşımaları sahəsində, konkret olaraq Asiyadan yüklərin daşınması məsələsində əməkdaşlıq etməyə maraq göstərir. Bu sözləri çərşənbə axşamı Bakıda Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov deyib.

Onun sözlərinə görə, bu məsələ Azərbaycan prezidenti İlham Əliyevin iyulun 29-30-da İordaniyaya səfəri zamanı müzakirə olunub.

Qasımov deyib ki, iki ölkə arasındakı mal dövriyyəsi o qədər də yüksək deyil. Onun fikrincə, Azərbaycanla İordaniya arasındakı iqtisadi əlaqələr siyasi münasibətlər kimi inkişaf etməyib .

"İqtisadi əlaqələr iki ölkənin mövcud potensialını əks etdirmir" - deyə o vurğulayıb.

Qasımovun sözlərinə görə, Azərbaycan prezidentinin İordaniyada imzaladığı sənədlər nəticəsində iki ölkə arasındaki iqtisadi əməkdaşlıq inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti